Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyəti başçılarını qəbul etməsi ölkənin idarəçilik sistemində yeni bir mərhələnin başlandığını nümayiş etdirdi. Bu görüş təkcə kadr dəyişikliyi ilə məhdudlaşmır, həm də dövlətin idarəetmə modelinin modernləşdirilməsi istiqamətində strateji bir mesaj kimi qiymətləndirilir. Prezident İlham Əliyevin bu qəbulu həm siyasi islahatların, həm də dövlət idarəçiliyində şəffaflıq və səmərəliliyin artırılması prosesinin davamlı xarakter aldığını bir daha göstərdi. Bu siyasi addım dövlət aparatında yenilənmə, məsuliyyətin artırılması və yeni idarəetmə fəlsəfəsinin daha geniş tətbiq olunması baxımından mühüm hadisədir.

Dövlət başçısının çıxışında əsas diqqət vəzifə sahiblərinin qarşısında duran böyük məsuliyyətə yönəlib. Prezident İlham Əliyevin “Böyük məsuliyyət böyük işlər tələb edir” fikri yeni təyin olunan rəhbərlər üçün fəaliyyətin mərkəzi ideyasına çevrilir. Bu mesaj rəhbərlərin qarşısında dövlətə və xalqa xidmətin yalnız formal proses deyil, həm də şəxsi məsuliyyət və vicdan tələb edən ciddi bir missiya olduğunu aydın şəkildə ortaya qoyur. Prezident göstərdi ki, məmur davranışı, çalışqanlıq, səmimilik və xalqa yaxın olmaq idarəetmənin əsas şərtləridir və bu keyfiyyətlər olmadan heç bir bölgədə inkişafdan danışmaq mümkün deyil.

Görüş zamanı Prezident tərəfindən səsləndirilən fikirlər idarəetmədə hesabatlılıq və şəffaflığın genişləndirilməsi ilə bağlı mühüm çağırış xarakteri daşıyır. Dövlət siyasətinin mərkəzində hər bir vətəndaşa xidmət, onların ehtiyac və problemlərinə birbaşa, ciddi və həssas münasibət dayanmalıdır. Prezident xüsusi olaraq vurğuladı ki, hər bir yerli rəhbər vətəndaş arasında olmalı, onların qayğıları ilə maraqlanmalı və problemlərin həlli üçün real səylər göstərməlidir. Bu yanaşma dövlət idarəçiliyində yeni bir düşüncə tərzinin formalaşmasına, məmur–xalq münasibətlərinin daha sağlam və etibarlı müstəviyə keçməsinə səbəb olur.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.