Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir neçə rayon icra hakimiyyəti başçısını qəbul etməsi ölkənin idarəetmə modellərində yeni mərhələnin konturlarını müəyyənləşdirdi. Bu qəbul həm siyasi əhəmiyyətinə, həm də dövlət idarəçiliyinin gələcək istiqamətlərini bəyan edən məzmununa görə xüsusi önəm daşıyır.

Dövlət başçısının çıxışında əsas vurğu məsuliyyət, səmimilik və xalqla birbaşa ünsiyyət prinsipinə yönəlib. Prezident İlham Əliyevin “Böyük məsuliyyət böyük işlər tələb edir” fikri yeni təyinat alan rəhbərlərin fəaliyyət meyarını formalaşdıran strateji mesaj kimi qiymətləndirilir. Vəzifə şəxsi imtiyaz deyil, yüksək məsuliyyət daşıyan xidmət missiyasıdır.

Bu görüşdə irəli sürülən fikirlər şəffaflığın, ədalətin və hesabatlılığın idarəetmənin ayrılmaz tələbi olduğunu bir daha göstərdi. Dövlət siyasətinin mərkəzində vətəndaş rifahı dayanır və hər bir məmur insanların problemlərinə həssas yanaşmaqla öz vəzifəsinə sadiqliyini nümayiş etdirməlidir.

Elmira Əliyeva

YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.