12 noyabr tarixi müasir Azərbaycan dövlətçiliyinin inkişaf salnaməsində xüsusi əhəmiyyətə malik günlərdən biridir. Həmin gün ölkəmizin Konstitusiyası – müstəqil dövlət quruculuğunun hüquqi, siyasi və ideoloji əsaslarını müəyyən edən Əsas Qanun qəbul edilmişdir. Ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən bu sənəd ölkənin demokratik inkişafını formalaşdırmış, müstəqil dövlət idarəçiliyinin və insan hüquq və azadlıqlarının təmin olunmasının hüquqi zəminini yaratmışdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya həm milli dövlətçilik ənənələrini, həm də ümumbəşəri dəyərləri özündə birləşdirərək, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun istiqamətverici sənədinə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin və cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.

Ölkəmizin konstitusiya quruluşunun formalaşması mürəkkəb və çoxşaxəli tarixi mərhələlərdən keçmişdir. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə macal tapmasa da, xalqımızın azadlıq və müstəqillik idealının bünövrəsini qoymuşdur. Azərbaycan SSR dövründə qəbul olunmuş 1921, 1927, 1937 və 1978-ci illər Konstitusiyaları Sovet ideologiyasının prinsiplərinə əsaslansa da, milli maraqlarımızı tam şəkildə əks etdirmirdi.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.