Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə qəbul edilmiş və müasir dövrdəki 1995-ci il Konstitusiyası isə müstəqil dövlətçiliyin təməlini qoymuşdur. SSRİ dövründə qəbul edilmiş Konstitusiyalar fərqli olsa da, insan hüquqlarının qorunması və dövlətin idarəedilməsi prinsipləri müstəqil Azərbaycanın Konstitusiyasında daha geniş şəkildə əksini tapdı. 1995-ci il Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün etibarlı hüquqi baza yaratdı.

1995-ci il Konstitusiyasının qəbulu ilə ölkədə ilk dəfə çoxpartiyalı demokratik seçkilər keçirildi. Bu, dövlətin demokratik inkişafına, qanunvericiliyin təkmilləşməsinə və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət etdi. İnsan və vətəndaş hüquqlarının təmin olunması, layiqli həyat səviyyəsinin qorunması və humanizm prinsiplərinin tətbiqi Konstitusiyanın əsas prioritetləri oldu.

Əsrin sonunda və 21-ci əsrdə edilən əlavə və dəyişikliklər vasitəsilə Konstitusiya müasir dövrün çağırışlarına cavab verdi. 2002, 2009 və 2016-cı illərdə qəbul edilən dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət etdi. Bu, Azərbaycanın milli dövlətçilik tarixində Konstitusiyanın əhəmiyyətini bir daha təsdiqləyir.

Elmira Əliyeva

YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.