Azərbaycan Konstitusiyası yalnız hüquqi sənəd olmaqla qalmır, həm də dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin edən əsas vasitədir. 2020-ci ildə başlanan Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu hadisələr Konstitusiyanın hüquqi qüvvəsinin bütün ölkə ərazisində tətbiq olunduğunu göstərdi. Dövlət başçısının 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan etməsi isə bu prinsipləri möhkəmləndirdi.

Suverenliyin qorunması ilə yanaşı, Konstitusiya vətəndaşların hüquq və azadlıqlarını müdafiə edir. Ölkədə yaşayan bütün insanlar – dilindən, dinindən və sosial mənsubiyyətindən asılı olmayaraq – eyni hüquq və imkanlara malikdir. Bu, Azərbaycanın multikulturalizm və tolerantlıq prinsiplərinə sadiqliyini təsdiqləyir. Humanizm prinsipləri və sosial ədalət Konstitusiyada öz əksini tapır və vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.

Azərbaycan Konstitusiyası həm də demokratik idarəetmənin əsasını təşkil edir. Hakimiyyətin bölgüsü, qanunun aliliyi və vətəndaş cəmiyyətinin inkişafı bu sənəd vasitəsilə təmin olunur. Dövlətin ali məqsədi kimi insan hüquqlarının qorunması və yüksək həyat səviyyəsinin təmin olunması, ölkəmizin inkişaf yolunda atılan addımların qanuni əsaslarını müəyyən edir.

Zərifə İbrahimova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.