Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir. Şəxsiyyətin toxunulmazlığı, həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri sənədin başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiya vətəndaşların hüquqlarını qoruyan, demokratik prinsiplərə sadiqliyi nümayiş etdirən bir sənəddir.
Konstitusiyada hakimiyyət bölgüsü və idarəetmə sisteminin şəffaf qurulması mühüm əhəmiyyət kəsb edir. Ali icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının funksiyaları xalqın iradəsinə söykənir. Bu yanaşma həm vətəndaşların hüquqlarının müdafiəsini təmin edir, həm də dövlətin qanunçuluq prinsiplərinə riayət etməsinə zəmin yaradır. İnsan hüquqlarının qorunması dövlətin fəaliyyətində prioritet olaraq qəbul edilir.
Əlavə və dəyişikliklər vasitəsilə Konstitusiya müasir dövrün tələblərinə cavab verəcək şəkildə təkmilləşdirilir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində hüquq və azadlıqların qorunması, sosial-iqtisadi bazanın gücləndirilməsi və idarəetmə sisteminin modernləşdirilməsi təmin olunub. Bu dəyişikliklər ölkənin demokratik inkişafını və vətəndaşların rifahını dəstəkləyir.
Natiq Mahmudov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın