Azərbaycan Konstitusiyası müstəqil dövlət quruculuğunu tənzimləyən, demokratik inkişafa təminat yaradan əsas qanundur. Cəmiyyətin siyasi, sosial, mədəni və iqtisadi sahələrdə köklü dəyişikliklərini əks etdirən Konstitusiya qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiya ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmışdır.

Azərbaycan Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuşdur. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq kimi anlayışlar öz əksini tapmışdır. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr olunmuşdur.

Yeni çağırışlar, dəyişən sosial-siyasi reallıq fonunda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da Konstitusiyada dəyişiklik və əlavələr edilməsi zərurəti yaranmışdır. 2002-ci il referendumunda 24 maddədə 29, 2009-cu il referendumunda isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlmişdir.

Nizami Şahvələdov

YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.