1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı müasir dövlətçilik üçün əsas yaratmışdır. Lakin həmin dövrdə hakimiyyətin yarıtmaz fəaliyyəti ölkədə siyasi böhran və anarxiyaya səbəb olmuş, qanunçuluğun təminatı və vətəndaşların hüquqlarının qorunması mümkün olmamışdır.

1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ictimai-siyasi sabitlik təmin edilmiş, müasir dövlət quruculuğu üçün etibarlı hüquqi zəmin yaradılmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 91,9 faizi yeni Konstitusiyanın qəbulunu dəstəkləmiş, bu sənəd müstəqil Azərbaycanın demokratik prinsiplərə əsaslanan hüquqi əsasını müəyyən etmişdir.

Ulu Öndər Heydər Əliyev vurğulamışdır ki, Konstitusiya ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, dövlətin və cəmiyyətin inkişaf perspektivlərini əks etdirməlidir. Bu sənəd hakimiyyət bölgüsünü – qanunverici, icra və məhkəmə qollarının qarşılıqlı balansını təsbit etmiş, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını dövlətin ali vəzifəsi kimi müəyyən etmişdir.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.