1990-cı illərdə ölkədə siyasi xaos və sosial böhran hökm sürürdü. Vətəndaş müharibəsi, iqtisadi çətinliklər və anarxiya vəziyyətində xalqın təkidli istəyi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev vəziyyəti sabitləşdirməyə başladı. O, ilk növbədə hüquqi çərçivənin formalaşdırılmasını prioritet hesab etdi və Azərbaycanın ən mötəbər ziyalılarının iştirakı ilə Konstitusiya layihəsi hazırlandı.

1995-ci il 12 noyabr tarixində keçirilən referendumla qəbul edilən Konstitusiya dövlətin idarəedici quruluşunu tənzimləyən əsas qanun oldu. Referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Sənəd insan hüquq və azadlıqlarının qorunmasını, demokratik prinsiplərin təmin olunmasını və qanunun aliliyini təmin edirdi.

Konstitusiya yalnız hüquqi sənəd olmaqla qalmır, həm də ölkənin sosial-iqtisadi inkişafını təmin edir. Sosial-iqtisadi hüquqlar, dövlətin ali məqsədi və vətəndaşların rifahının qorunması kimi müddəalar ölkədə insan hüquqlarının müdafiəsini gücləndirdi. Konstitusiya həmçinin idarəetmə sisteminin şəffaflığını və vətəndaşların dövlətə inamını artırdı.

Prezident İlham Əliyevin rəhbərliyi altında Konstitusiyanın müddəaları müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm tarixi, həm də hüquqi əhəmiyyət daşıyır və dövlətimizin suverenliyinin qorunmasına xidmət edir. Bu, Konstitusiyanın həm hüquqi, həm də siyasi əhəmiyyətini bir daha təsdiqləyir.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.