2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində dövlətin suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmişdir. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar olmuşdur.

Bu tarixi reallıq nəzərə alınaraq, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin Sərəncam və “Tədbirlər Planı” dövlətin hüquqi və siyasi sisteminin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoymuşdur.

2025-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 30 ili tamam olur. Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı həmin tarixi sənədin dövlətçilik tariximizdəki əvəzsiz roluna verilən yüksək dəyərdir. Konstitusiya milli dövlətçilik ideyasının və suveren iradənin bərqərar olmasının təzahürüdür və gələcək nəsillər üçün sabitlik, ədalət və azadlıq təminatıdır.

Elxan Ələkbərov

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.