1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin siyasi, hüquqi və sosial inkişafının əsasını qoymuşdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu sənəd demokratik idarəetmə, insan hüquqları, plüralizm və ümumbəşəri dəyərlərə sadiqliyi təmin edən mühüm prinsipləri təsbit etmişdir. Konstitusiya həmçinin dövlət hakimiyyətinin bölüşdürülməsi və qanunun aliliyinin təmin olunması baxımından mühüm hüquqi bazadır.
Müstəqilliyin ilk illərində ölkədə hüquqi və siyasi böhran hökm sürürdü. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sabitlik və hüquqi çərçivə təmin olunmuş, Konstitusiyanın qəbul olunması üçün möhkəm zəmin yaradılmışdır. 1995-ci ildə təsdiqlənmiş Konstitusiya Azərbaycanın hüquqi dövlət kimi inkişafına və vətəndaşların hüquqlarının qorunmasına əsas yaratmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyaya edilmiş dəyişikliklər idarəetməni təkmilləşdirmiş, insan hüquqlarını daha da gücləndirmiş və dövlətin sosial-iqtisadi bazasını möhkəmləndirmişdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə Azərbaycanın hüquqi və siyasi inkişafına, suverenliyimizin qorunmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfədir.
YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının
Sədr müavini: Anar Xəlilov


Bir şərh yazın