1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyası hesab olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da qəbul edilmiş, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci ildə hazırlanmışdır. 1978-ci ilin aprelin 21-də qəbul olunmuş son Konstitusiya isə SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. Reallıq odur ki, 1918-1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona görə də Azərbaycanın Konstitusiya quruluşunun tarixi əslində SSRİ dövrünə təsadüf edir.

Hətta 1978-ci ildə yeni Konstitusiya layihəsi hazırlanarkən Azərbaycan SSR Ali Sovetində çıxış edən Ümummilli Lider Heydər Əliyev çox vacib təklif irəli sürmüşdür. Həmin təkliflə 73-cü maddədə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili olaraq təsbit edilmişdir. Bununla da 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dili ilə bağlı müddəa öz əksini tapmışdır. Sözsüz ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri hesab olunur.

Müstəqil Azərbaycanın yeni Konstitusiyası isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük tarixi xidmətlərindən biri hesab olunur. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumla xalqımızın birmənalı dəstəyi ilə qəbul edilmiş Konstitusiya Dövlətin Əsas Qanunu kimi 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Məhz bu səbəbdən 1995-ci il dekabrın 15-də Ümummilli Lider Heydər Əliyevin Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.

Rəşad Rəsulov

YAP Şuşa rayon təşkilatının fəal üzvü 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.