Azərbaycan Konstitusiyası ölkəmizin hüquqi, siyasi və sosial inkişafının təməlini qoyan ali sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Bu sənəd vətəndaşların hüquq və azadlıqlarını qoruyur, dövlət idarəçiliyində şəffaflığı təmin edir və cəmiyyətin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Konstitusiyanın müddəaları vətəndaşların həyatını proqnozlaşdırıla bilən edir, qanunun aliliyini təmin edir və bütün vətəndaşlar üçün bərabər hüquqlar təqdim edir.

Azərbaycan Konstitusiyası dövlətin idarəçilik strukturlarını düzgün müəyyən edir və hakimiyyətin mənbəyinin xalq olduğunu təsdiqləyir. Ali icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının funksiyaları xalqın iradəsinə söykənir. Sosial-iqtisadi hüquqlar, məcburi direktiv prinsiplər və digər öhdəliklər bu sənəddə öz əksini tapır. Bu, yalnız hüquqi sənəd deyil, həm də demokratik sistemin beynəlxalq standartlara cavab verən təməlini təşkil edir.

1991-ci ildən etibarən Azərbaycanın müstəqilliyi elan olunsa da ölkədə anarxiya və xaos hökm sürürdü. Bu çətin dövrdə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev vəziyyəti sabitləşdirməyə başladı. Onun rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı və 1995-ci il 12 noyabrda keçirilən referendumla qəbul edildi.

Konstitusiya yalnız hüquqi çərçivə yaratmadı, həm də sosial, siyasi və mədəni sahələrdə ölkənin inkişafını təmin edən əsas vasitə oldu. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik prinsiplərin tətbiqi və dövlət idarəçiliyində şəffaflıq Konstitusiyanın prioritetləri oldu. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət bu sənəd vətəndaşların hüquqlarını qorumaqla yanaşı, sosial-iqtisadi inkişafı da təmin edir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Konstitusiyanın müddəaları müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm tarixi, həm də hüquqi əhəmiyyət daşıyır və dövlətimizin suverenliyinin qorunmasına xidmət edir. Bu sənəd Azərbaycan dövlətçiliyinin möhkəm təməli və vətəndaş cəmiyyətinin inkişafının əsas sütunlarından biridir.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.