Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və müstəqil Konstitusiyanın hazırlanmasında böyük rol oynamışdır. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi onun tarixi xidmətlərindən biri olmuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və referendum yolu ilə qəbul edilmişdir.
1995-ci il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Bu gün Azərbaycan dövlətçiliyi və hüquqi sisteminin təməl prinsiplərinin xalq tərəfindən təsdiqlənməsini əks etdirir. Konstitusiya ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərinə əsaslanan inkişafını təmin edən əsas sənəd hesab olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dəyişikliklər Konstitusiyanın zamanın çağırışlarına uyğun olmasını təmin etmişdir. Ali dövlət hakimiyyəti, məhkəmə və bələdiyyə orqanlarının təkmilləşdirilməsi, idarəetmə sistemində yeni institutların yaradılması Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Konstitusiya həm tarixi, həm də hüquqi baxımdan müstəsna əhəmiyyət kəsb edir.
Əminə Məhərrəmova
YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın