Azərbaycan bayrağı xalqımızın keçmişini, bu gününü və gələcəyini birləşdirən müqəddəs simvoldur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli bayrağı qəbul etməklə, milli ideallarını və dövlətçilik ənənəsini əbədiləşdirdi. Bayrağımızın mavi rəngi türklüyümüzü, qırmızı müasirliyi, yaşıl isə mənəvi dəyərlərimizi təcəssüm etdirir. Hər bir rəngdə xalqın ruhu, tarixi və gələcəyə inamı yaşayır.

Ümummili Lider Heydər Əliyevin Naxçıvanda üçrəngli bayrağı yenidən qaldırması, millətin azadlıq ruhunu alovlandıran tarixi addım idi. Bu qərar müstəqil Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi. Onun “Bayraq bizim tariximiz, qürurumuzdur” kəlamı bu simvolun mənəvi dəyərini əbədi olaraq xalqın yaddaşına həkk etdi. Məhz həmin qərarın davamı kimi 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Bayrağı rəsmi şəkildə təsdiq olundu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız 2020-ci ildə azad edilmiş torpaqlarımız üzərində yenidən ucaldı. Şuşada dalğalanan bayraq artıq təkcə bir dövlət rəmzi deyil, qalib xalqın iradəsinin, şəhid qanı ilə qazanılmış zəfərin təcəssümüdür. O bayraq indi azad torpaqlarda, bərpa olunan şəhərlərdə və yenidən qurulan Qarabağda gələcəyimizin işığını simvolizə edir.

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.