Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli mənəviyyatını, müstəqillik ruhunu və dövlətçilik əzmini özündə birləşdirir. Ümummilli Lider Heydər Əliyev bu bayrağı “müstəqilliyimizin rəmzi” adlandırmış və hər bir vətəndaşın ona hörmətlə yanaşmalı olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev isə bu fikri daha da dərinləşdirərək bayrağı “xalqımızın qürur mənbəyi” adlandırmışdır. Həqiqətən də bu bayraq hər bir Azərbaycan vətəndaşının qəlbində müqəddəs yer tutur.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq milli azadlığımızın təcəssümü olmuşdur. Lakin sovet dövründə bu rəmz unudulmağa çalışıldı. 1990-cı il noyabrın 17-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti bu bayrağı dövlət atributu kimi rəsmən qəbul etdi. Bu hadisə müstəqil dövlətçiliyimizin əsas sütunlarından biri oldu.
Bu gün bayrağımız işğaldan azad edilmiş torpaqlarda – Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə nəticəsində üçrəngli bayrağımız Qarabağın göylərində qürurla dalğalanır. Bu bayraq artıq təkcə keçmişin yadigarı deyil, gələcəyin işığı, xalqımızın birliyinin, gücünün və qələbəsinin əbədi rəmzidir.
Səmayə Əliyeva
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın