Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın müstəqillik, azadlıq və dövlətçilik ideyalarının ən parlaq ifadəsidir. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu dərin məzmunlu fikir hər bir vətəndaşa məsuliyyət hissi aşılayır, dövlət rəmzlərinə olan hörməti artırır. Prezident İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir” sözləri isə bu simvolun xalqın mənəviyyatında, milli ruhunda necə dərin iz buraxdığını təsdiqləyir. Bayrağımız həm azadlığımızın, həm də milli kimliyimizin təcəssümüdür.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da qəbul edilmiş, lakin 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra ləğv edilmişdi. Uzun illərdən sonra, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında bu bayraq yenidən ucaldıldı. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək onu yenidən dövlət atributu elan etdi. Bu tarixi hadisə xalqımızın milli özünüdərk prosesində dönüş nöqtəsi oldu.

Bu gün üçrəngli bayrağımız dünyanın hər yerində Azərbaycan xalqını birləşdirən müqəddəs bir simvoldur. Hər bir azərbaycanlı üçün bu bayraq qürur, şərəf və vətənpərvərlik rəmzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda bu bayraq yenidən ucaldıldı. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda dalğalanan bayraq Azərbaycanın suverenliyinin bərpa olunduğunu bütün dünyaya bəyan etdi.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.