Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1918-ci il noyabrın 9-da Bakıda qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. O dövrdən bu günə qədər bayrağımız xalqımızın milli kimliyini, müstəqillik arzularını və mənəvi dəyərlərə sədaqətini ifadə edir. Bayrağın rənglərində türk birliyi, müasirlik və islam mədəniyyətinə bağlılıq dərin mənalarla əks olunur. Hər bir Azərbaycan vətəndaşı üçün bu bayraq sadəcə bir simvol deyil, dövlətçilik iradəsinin, milli ruhun və azadlıq ideyasının əbədi ifadəsidir.

1990-cı il noyabrın 17-si isə Azərbaycan tarixində xüsusi yer tutur. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyev üçrəngli bayrağımızı yenidən dövlət rəmzi kimi qəbul etdirdi. O zaman Sovetlər Birliyi hələ mövcud idi, lakin Heydər Əliyev xalqın azadlıq iradəsini ifadə edən bu mühüm qərarın qəbuluna nail oldu. Onun təşəbbüsü ilə “Sovet Sosialist” ifadəsi Naxçıvanın adından çıxarıldı və Azərbaycan Xalq Cümhuriyyətinin atributları bərpa edildi. Ümummilli Lider bu hadisəni xatırlayarkən demişdi: “Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.” Bu sözlər onun milli ruhunun və dövlətçilik düşüncəsinin təcəssümüdür.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti bu bayrağı dövlət atributu kimi rəsmiləşdirdi və 1991-ci il oktyabrın 18-də qəbul edilən “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi rəsmən bərpa olundu. Prezident İlham Əliyevin dövründə isə Dövlət Bayrağı Meydanı yaradıldı, 9 noyabr Dövlət Bayrağı Günü elan edildi. Bu gün üçrəngli bayrağımız azad Qarabağ səmasında dalğalanır və xalqımızın əzmini, birliyini dünyaya nümayiş etdirir.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.