Hər bir xalqın həyatında elə günlər var ki, onlar təkcə tarix deyil, milli ruhun təcəssümüdür. Azərbaycan üçün 9 Noyabr məhz belə bir gündür. Bu tarixdə biz azadlığımızı, milli kimliyimizi və dövlətçiliyimizi simvolizə edən üçrəngli bayrağımızı böyük qürurla yad edirik. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bayraq xalqımızın milli dəyərlərinin, azadlıq arzusunun və gələcəyə inamının parlaq ifadəsi oldu.

Uzun illər sovet dövründə unudulmağa çalışılan bayraq xalqın ürəyindən silinmədi. 1990-cı ildə Naxçıvanda Ümummilli Lider Heydər Əliyev tərəfindən üçrəngli bayrağın yenidən ucaldılması xalqın milli ruhunun oyanışına səbəb oldu. Bu, Azərbaycanın müstəqillik yolunun başlanğıcı idi. Müstəqilliyimizin bərpasından sonra bayrağımız yenidən dövlətimizin rəmzinə çevrildi və onun hər bir dalğalanışı azadlığımızın, suverenliyimizin təntənəsini göstərdi.

Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla 9 Noyabr “Dövlət Bayrağı Günü” elan edildi. Həmin vaxtdan etibarən bu gün ölkənin bütün bölgələrində tədbirlər, yürüşlər, bayraq festivalı və maarifləndirici görüşlər keçirilir. Bu tədbirlər gənc nəslə vətənpərvərlik, dövlət atributlarına hörmət və milli qürur hissi aşılayır. Bu gün üçrəngli bayraq hər bir azərbaycanlının ürəyində milli birlik və gücün simvolu kimi dalğalanır.

Rafiq Kalbalıyev

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.