Şuşa əsrlərlə xalqın ruhunu, qürurunu və azadlıq sevgisini özündə cəmləyib. Onun adını eşidən hər kəsdə həm sevinc, həm həsrət, həm də müqəddəslik hissi oyanır. Qədim qala şəhər bir zamanlar Azərbaycanın mədəniyyət tacı kimi parlayırdı. Lakin 1992-ci ildə baş verən faciə bu tacı müvəqqəti olaraq qaraltdı. Şuşa əsir düşdü, amma onun ruhu əsir olmadı.
İllər boyu xalqın yaddaşında Şuşa azadlıq simvolu kimi yaşadı. O, susan divarları ilə danışır, həsrətin simvoluna çevrilirdi. Lakin bu səssizlik içində gizlənən inam nə vaxtsa qalib gələcəkdi. Azərbaycan xalqı bu ruhu qorudu və onu döyüş meydanında yenidən diriltdi.
44 günlük Vətən müharibəsi bu ruhun təntənəsi oldu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ordu və xalq bir amal uğrunda – Şuşa uğrunda – birləşdi. Qayalara dırmaşan əsgərlərin qəhrəmanlığı Azərbaycan tarixində əbədi iz qoydu. O döyüşlər sadəcə hərbi əməliyyat deyil, ruhun qələbəsi idi.
8 Noyabr – Zəfər Günü, Şuşanın azadlığı ilə xalqın azadlığının qovuşduğu gündür. O tarixdən etibarən Azərbaycan yalnız torpaqlarını deyil, həm də milli kimliyini, tarixi ləyaqətini bərpa etdi. Şuşa azad olunarkən, millətin ruhu yenidən doğuldu.
Bu gün Şuşa sülhün, mədəniyyətin və birliyin paytaxtına çevrilib. Onun küçələrində səslənən musiqi xalqın ruhunda qələbənin davamını yaşadır. Şuşa azad bir xalqın, müstəqil dövlətin qəlb döyüntüsüdür.
Anar Əlizadə
YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın