Şuşa əsrlər boyu Azərbaycan xalqının qürur və mədəniyyət simvolu olub. 1992-ci ildə bu şəhərin işğalı millətin yaddaşına ağrı kimi yazıldı. Qala divarları susdu, küçələri kədərə büründü, lakin Şuşanın ruhu heç vaxt sönmədi. O, xalqın ürəyində müqəddəs bir arzuya çevrildi. Hər bir azərbaycanlının qəlbində “Şuşa qayıdacaq” inamı yaşayırdı və bu inam bir gün tarixə çevrildi.
2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi həmin inamın təntənəsi oldu. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycan Ordusunun igidliyi sayəsində işğal altındakı torpaqlar bir-bir azad edildi. Şuşa uğrunda döyüşlər xalqın birliyini və iradəsini dünyaya göstərdi. Qayalara dırmaşaraq, əlbəyaxa döyüşlərlə qazanılan bu qələbə xalqın ruhunun, tarixi haqqının bərpası idi.
8 noyabr 2020-ci ildə Şuşanın azadlığı ilə Azərbaycan təkcə torpağını deyil, həm də qürurunu geri aldı. O gündən etibarən 8 Noyabr – Zəfər Günü – xalqın birliyinin və dövlətin qüdrətinin rəmzinə çevrildi. Bu gün Şuşa yenidən mədəniyyətin, sülhün və dirçəlişin paytaxtıdır. Onun azadlığı gələcəyə inamın, milli birliyin və əbədi qələbənin simvoludur.
YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının
Sədr müavini: Anar Xəlilov


Bir şərh yazın