Müasir dövrdə müharibələr yalnız döyüş meydanında deyil, informasiya mühitində də aparılır. 2020-ci ilin payızında Azərbaycan tərəfi bu istiqamətdə yüksək səviyyədə fəaliyyət göstərdi. Dövlət rəhbərliyi və media orqanları məlumatları operativ, dəqiq və rəsmi mənbələrə əsaslanaraq yayırdı. Bu, həm ölkə daxilində ictimai sabitliyi qorudu, həm də beynəlxalq aləmdə düzgün təsəvvür formalaşdırdı.

Prezident İlham Əliyevin xarici mediaya verdiyi çoxsaylı müsahibələr Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya izah etdi. Müsahibələrdə hüquqi əsaslar, BMT qətnamələri və tarixi faktlar sadə və anlaşıqlı formada təqdim olundu. Bu yanaşma Azərbaycanın ədalətli mövqeyini gücləndirdi və qarşı tərəfin dezinformasiyasının təsirini azaltdı. Diplomatik arenada da bu məlumat üstünlüyü öz rolunu oynadı.

Müharibə bitdikdən sonra informasiya siyasəti bərpa və reinteqrasiya istiqamətinə yönəldi. Dövlət qurumları azad edilmiş ərazilərdə görülən işlər barədə ictimaiyyəti mütəmadi məlumatlandırır. Sosial media və televiziya vasitəsilə vətəndaşlara real görüntülər və faktlar təqdim olunur. Bu şəffaf yanaşma həm daxili inamı möhkəmləndirir, həm də beynəlxalq müsbət imic formalaşdırır.

İnformasiya üstünlüyü bu gün də davam edir. Qarabağda həyata keçirilən layihələr, köç prosesləri, infrastrukturun bərpası barədə məlumat axını sabitdir. Dövlətin məqsədi təkcə informasiyanı paylaşmaq deyil, həm də şəffaflıq və hesabatlılıq mədəniyyətini möhkəmləndirməkdir. Bu, yeni dövrün idarəetmə modelinin tərkib hissəsidir.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.