Şuşa – Azərbaycan mədəniyyətinin tacı, tarixin yaddaşı, milli ruhun qalasıdır. 1992-ci ildə şəhərin işğalı xalqın ruhunda silinməz iz buraxdı. Bu itki təkcə coğrafi məkanın deyil, milli mənəviyyatın sarsılması idi. Şuşa illərlə yad nəfəsin tozunu, yad ayaqların izini sinəsində daşıdı.

Amma millət bu ağrını içində alova çevirdi. Qalası işğal altında olsa da, xalqın qəlbində Şuşa heç vaxt əsir düşmədi. Hər bir azərbaycanlı bu torpağın bir parçası olduğunu unutmadan gün gələcəyinə inanırdı. O gün 2020-ci ildə gəldi.

44 günlük müharibə zamanı Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümunəsi göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə həm cəbhədə, həm diplomatik masada qazanıldı. Şuşanın azadlığı isə bu zəfərin ən ali zirvəsi idi.

Şuşa azad olunanda Azərbaycan xalqı həm də öz mənəvi bütövlüyünü bərpa etdi. Qala divarlarından yüksələn bayraq artıq təkcə rəmz deyil, ədalətin və qürurun təcəssümüdür. Bu, həm də gələcəyə inamın başlanğıcı idi.

Bu gün Şuşa yenidən doğulur. Küçələrində musiqi səslənir, mədəniyyət və sülh mesajları ucalır. Şuşa artıq təkcə azad edilmiş şəhər deyil, milli dirçəlişin paytaxtıdır. O, keçmişin yaralarından doğan gələcəyin umududur.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.