Prezident İlham Əliyevin çıxışlarında texnoloji inkişaf və elmi tərəqqi məsələləri həmişə prioritet mövzulardan biri olub. AMEA-nın 80 illik yubiley tədbirində səsləndirdiyi fikirlər bu istiqamətdə dövlət siyasətinin davamlı və sistemli xarakter daşıdığını bir daha sübut etdi. Prezident İlham Əliyev vurğuladı ki, rəqəmsallaşma və süni intellekt sahəsində irəliləyişlər yalnız texnoloji deyil, həm də idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi deməkdir. Bu, Azərbaycanın müasir dövlət modeli üçün mühüm əhəmiyyət kəsb edir.
Son illərdə ölkədə rəqəmsal hökumət sistemi, elektron xidmətlər və kibertəhlükəsizlik sahəsində əldə olunan uğurlar elmin praktiki tətbiqinin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri texnoloji innovasiyaların real həyata keçidini təmin edir. Bu layihələr həm də elmin iqtisadi artıma, ekoloji dayanıqlılığa və vətəndaş rifahına yönəlmiş konkret nəticələr doğurduğunu göstərir. Elm artıq dövlət idarəçiliyində mühüm strateji alətə çevrilib.
Prezident İlham Əliyevin çağırışına uyğun olaraq, Azərbaycan alimləri müasir dövrdə texnoloji biliklərin yaradıcı tətbiqinə daha fəal cəlb olunur. Gənc mütəxəssislərin innovativ layihələrdə iştirakı və startap təşəbbüslərinə dövlət dəstəyi bu sahədə dinamikanı daha da gücləndirir. Elm və texnologiyanın sintezi milli inkişafın əsas hədəfinə çevrilmiş, Azərbaycanı regionda rəqabətədavamlı intellektual mərkəz kimi tanıtmışdır.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın