Tarix elmi bir millətin yaddaşı, varlığının sübutudur. Ümummilli Lider Heydər Əliyev tarix elmini milli kimliyimizin qorunmasının əsas vasitəsi kimi dəyərləndirmiş və bu sahəyə dövlət səviyyəsində dəstək vermişdi. Onun siyasəti nəticəsində yüzlərlə tədqiqat əsəri ərsəyə gəlmiş, qədim dövlətçilik irsinin elmi əsasları işlənmişdir. Bu ənənə Prezident İlham Əliyevin dövründə daha geniş miqyas alıb. Tarixi həqiqətlərin bərpası və dünya ictimaiyyətinə çatdırılması bu gün dövlət səviyyəsində strateji istiqamət sayılır.
AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyev tarix elminin qarşısında duran vəzifələri dəqiq müəyyənləşdirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan öz tarixini yalnız daxili auditoriyaya deyil, beynəlxalq elmi ictimaiyyətə də çatdırmalıdır. Qədim toponimlərimizin, etnoqrafik mirasımızın, itirilmiş mədəni irsimizin elmi dəlillərlə bərpası zəruridir. Bu, həm milli şüurun möhkəmlənməsi, həm də informasiya müharibəsində həqiqətin qalib gəlməsi deməkdir.
Tarix elminin gücü yalnız keçmişi anlamaqda deyil, gələcəyi müəyyənləşdirməkdədir. Elm, sənəd və fakt əsasında aparılan hər bir tədqiqat Azərbaycanın haqq səsini dünyaya çatdırır. Bu, Ümummilli Lider Heydər Əliyevin milli tarixə verdiyi dəyərin Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davamıdır – elmi əsaslı milli ideologiyanın formalaşması.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın