Elm və təhsil bir millətin düşüncə səviyyəsini, inkişaf dinamikasını və gələcəyə baxışını müəyyən edir. Ümummilli Lider Heydər Əliyev elmə və təhsilə dövlət siyasətinin mərkəzində yer verərək Azərbaycanı regionun intellektual güc mərkəzinə çevirməyi qarşıya məqsəd qoymuşdu. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həmin ideyanı daha da dərinləşdirir. “Neft kapitalını insan kapitalına çevirək” çağırışı ölkəmizin sosial-iqtisadi və elmi strategiyasının mahiyyətini aydın ifadə edir.

AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə dövlət başçısı qeyd etdi ki, elm yalnız nəzəri sahə deyil, həm də iqtisadi inkişafın təməl elementidir. Elmi nailiyyətlərin sənaye və istehsal sahələrində tətbiqi müasir idarəetmə mədəniyyətinin əsasını təşkil edir. Bu gün Azərbaycan alimləri artıq regional deyil, beynəlxalq elmi məkanın fəal iştirakçılarıdır. Onların nailiyyətləri ölkəmizin intellektual imicini gücləndirir.

Elm və təhsilin inkişafı nəticəsində Azərbaycan gəncliyi dünyada tanınan ixtisaslı mütəxəssislər nəsli kimi formalaşır. Gənclərin xaricdə təhsili, innovativ layihələrə dəstəyi və elmi potensialın artırılması Ümummilli Lider Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmasının göstəricisidir.

Elxan Ələkbərov

YAP Şuşa rayon təşkilatının fəal üzvü 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.