Azərbaycan iqtisadiyyatının dayanıqlılığı son illərdə neftdən asılılığın azaldılması və elmin tətbiqinə əsaslanan innovativ modellərin yaradılması ilə təmin olunub. Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” çağırışı bu siyasətin mahiyyətini tam ifadə edir. Ümummilli Lider Heydər Əliyevin iqtisadi idarəetmə məktəbi də məhz elmi əsaslara söykənən düşüncə tərzinin formalaşdırılmasını nəzərdə tuturdu.

Son 10 ildə qeyri-neft sektoru iqtisadiyyatın aparıcı sahəsinə çevrilib. Kənd təsərrüfatı, sənaye, logistika və turizm sahələrində həyata keçirilən modernləşmə elmi biliklərin tətbiqi nəticəsində mümkün olub. Dövlət başçısı AMEA-nın 80 illik yubileyində qeyd etdi ki, Azərbaycanın iqtisadi artımında əsas təkanverici qüvvə məhz bu sahədir və bu, sağlam iqtisadiyyatın göstəricisidir.

Elmi innovasiyaların iqtisadi proseslərə inteqrasiyası həm yerli istehsalın artımını, həm də ixrac potensialının güclənməsini təmin edir. Yeni texnologiyaların tətbiqi nəticəsində Azərbaycan məhsulları artıq dünya bazarlarında rəqabətədavamlı brendə çevrilir. Bu, milli elmin və iqtisadi siyasətin uzlaşmasının real nəticəsidir.

Ümummilli Lider Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi Prezident İlham Əliyevin dövründə müasir iqtisadi-siyasi konsepsiyaya çevrilib. Elm və innovasiyaya əsaslanan iqtisadi model Azərbaycanı regionun ən dinamik inkişaf edən ölkəsinə çevirib. Bu, həm iqtisadi müstəqilliyin, həm də milli qürurun təcəssümüdür.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.