Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi Zəfəri milli dövlətçiliyimizin yeni mərhələsini formalaşdırdı. Prezident İlham Əliyevin AMEA-nın yubiley tədbirində bu mövzuya toxunması təsadüfi deyil. Dövlət başçısı qeyd etdi ki, bu Qələbə yalnız hərbi gücün deyil, həm də milli intellektin, strateji düşüncənin və elmi potensialın nəticəsidir. Zəfərin davamı kimi, elmin bərpa və quruculuq proseslərində aparıcı rol alması dövlətin intellektual siyasətinin əsasını təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri elmin praktik tətbiqinin yeni nümunəsidir. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları elmi biliklərin texnoloji innovasiyalar vasitəsilə reallaşdırılmasının parlaq göstəricisidir. Elm və texnologiya bu bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirən əsas amilə çevrilib. Bu siyasət eyni zamanda ölkənin ekoloji və enerji təhlükəsizliyi istiqamətində də mühüm nəticələr verir.

Bu gün Prezident İlham Əliyevin elmi siyasəti Zəfərin intellektual mərhələsini təmsil edir. Elm yalnız laboratoriyalarda deyil, həm də dövlət quruculuğunda, iqtisadi inkişafda və təhlükəsizlik sahəsində tətbiq olunur. Elmə dövlət səviyyəsində verilən bu dəyər Azərbaycanı regionun elmi mərkəzinə çevirir və müstəqil dövlətin gələcək inkişafını təmin edir.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.