2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu Zəfər təkcə hərbi-siyasi deyil, həm də elmi potensialın tətbiqinin nəticəsi idi. Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində qeyd etdi ki, müharibədə texnologiyaların və elmi yeniliklərin rolu həlledici olub. Ümummilli Lider Heydər Əliyevin elmə və intellektual inkişaf siyasətinə əsaslanan bu uğur müstəqil Azərbaycanın gücünün real göstəricisidir.

Postmünaqişə dövrü elmin qarşısında yeni vəzifələr qoyur. Azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri elmi yanaşma tələb edir. Ətraf mühitin bərpası, su resurslarının idarə olunması, şəhərsalma və kənd təsərrüfatı sahələrində innovativ həllərin tətbiqi elmi biliklərə əsaslanır. Prezident İlham Əliyev bu istiqamətdə elmi mərkəzlərə, universitetlərə və gənc alimlərə böyük ümidlər bəslədiyini bildirib.

Bu gün Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan genişmiqyaslı layihələr elmi biliklərin praktik tətbiqinin ən parlaq nümunəsidir. “Ağıllı kənd”, “yaşıl enerji zonası”, “rəqəmsal infrastruktur” kimi konsepsiyalar yalnız texnoloji yenilik deyil, həm də milli elmi potensialın gücünün göstəricisidir. Elm müasir quruculuğun lokomotivinə çevrilib.

Postmünaqişə dövründə elmin əsas məqsədi bərpa ilə yanaşı, gələcəyə yönələn inkişaf modelini formalaşdırmaqdır. Bu model milli həmrəylik, innovasiya və intellektual kapitalın sintezi üzərində qurulmalıdır. Ümummilli Lider Heydər Əliyevin yaratdığı elmi ənənə Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyub.

Natiq Mahmudov

YAP Şuşa rayon təşkilatının fəal üzvü 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.