Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən yığıncaqda Prezident İlham Əliyevin çıxışı dövlətin elmi siyasətinin ideoloji əsaslarını müəyyənləşdirdi. Prezident İlham Əliyevin nitqində elm yalnız bilik sahəsi kimi deyil, həm də milli təhlükəsizlik və texnoloji müstəqilliyin təminatçısı kimi dəyərləndirildi. Dövlətimizin başçısının vurğuladığı əsas fikir ondan ibarətdir ki, elm və texnologiya ölkənin gələcək inkişaf modelinin əsas sütunlarıdır.
Azərbaycan elmi müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub. Elmə ayrılan vəsaitin iki dəfədən çox artırılması, elmi infrastrukturun yenilənməsi və gənc alimlərin xaricdə təhsili üçün geniş imkanların yaradılması bu siyasətin nəticəsidir. Elmin inkişafı üzrə Milli Strategiyanın qəbul edilməsi və “Elm haqqında” Qanunun tətbiqi elmi fəaliyyətin hüquqi əsaslarını möhkəmləndirib. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində elmi idarəetmə daha çevik və nəticəyönümlü xarakter alıb.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məqamlardan biri kibertəhlükəsizlik və rəqəmsal idarəetmə məsələləri oldu. Bu istiqamətdə Azərbaycan qabaqcıl ölkələrlə əməkdaşlıq edir və milli kibertəhlükəsizlik sistemini formalaşdırır. Elm adamlarının bu proseslərdə iştirakı dövlətin müasir çağırışlara cavab vermə qabiliyyətini artırır. Bu, elmi potensialın milli təhlükəsizlik strategiyasına inteqrasiyasının təzahürüdür.
Beləliklə, Prezident İlham Əliyevin elmi siyasəti yalnız elmə qayğı göstərmək deyil, həm də ölkənin intellektual təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Elm, texnologiya və təhsil birləşərək müstəqil dövlətin strateji qüdrətini yaradır. Bu siyasət Azərbaycanın gələcəyini bilik, yaradıcılıq və innovasiya üzərində qurduğunu göstərir.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın