Azərbaycanın son illərdə əldə etdiyi tarixi Qələbə yalnız hərbi üstünlüyün deyil, həm də elmi düşüncənin, strateji planlaşdırmanın və idarəetmə intellektinin nəticəsidir. Prezident İlham Əliyevin AMEA-nın yubileyində çıxışı bu həqiqəti bir daha təsdiqlədi. Qazanılan Zəfərdən sonra ölkənin qarşısında duran əsas vəzifə quruculuq və bərpa işlərini elmi əsaslarla həyata keçirməkdir. Bu proses elmin praktiki tətbiqinin ən mühüm mərhələsidir.

Azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri elmin və texnologiyanın praktiki tətbiqinin parlaq nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan bu layihələr rəqəmsallaşma, enerji səmərəliliyi, ekoloji innovasiyalar və süni intellekt kimi müasir yanaşmaları özündə birləşdirir. Elm bu proseslərin aparıcı qüvvəsinə çevrilib və bərpa işlərinin əsas elmi dayağını təşkil edir.

Prezident İlham Əliyevin çıxışında texnoloji tərəqqinin milli prioritet kimi müəyyənləşdirilməsi xüsusi yer tutdu. Elm və texnologiyanın sintezi dövlətin dayanıqlı inkişafını təmin edir, milli iqtisadiyyatın rəqabət qabiliyyətini artırır. Dövlətin bu sahəyə göstərdiyi diqqət gənclərin innovativ ideyalarının reallaşması üçün geniş imkanlar yaradır. Bu, gələcəyin intellektual nəsillərinin formalaşması deməkdir.

Bu gün Azərbaycan elmi müstəqillikdən texnoloji suverenliyə doğru irəliləyir. Elm artıq yalnız nəzəri deyil, həm də milli gücün real təməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə elmi siyasət Zəfərin intellektual davamına çevrilmiş, ölkənin gələcək yüksəlişinin təminatını formalaşdırmışdır.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.