Azərbaycan gəncliyi bu gün dövlətin intellektual gücünün və yaradıcılıq enerjisinin əsas daşıyıcısına çevrilib. Ümummilli Lider Heydər Əliyev gəncləri “ölkənin sabahı” adlandırır və onların elmi potensialını inkişaf etdirməyi strateji vəzifə kimi qiymətləndirirdi. Prezident İlham Əliyev bu siyasəti yeni mərhələyə yüksəldərək gənclər üçün elmi fəaliyyət sahəsində geniş imkanlar yaradıb. Xaricdə təhsil proqramları, elmi qrant mexanizmləri, startap dəstəkləri və innovasiya fondları gənclərin elmə marağını artırır.

AMEA-nın 80 illik yubileyində dövlət başçısı qeyd etdi ki, “gənclər elmin aparıcı qüvvəsinə çevrilməlidir”. Bu, sadəcə ideya deyil, artıq həyata keçirilən dövlət siyasətidir. Universitetlərdə gənc tədqiqatçılar üçün xüsusi laboratoriyalar açılır, onların layihələri beynəlxalq səviyyədə tanınır. Gənclər həm də müasir texnoloji dəyişikliklərin əsas aparıcı qüvvəsidir – süni intellekt, biotexnologiya və enerji sahələrində yeni həllər məhz onların təşəbbüsü ilə formalaşır.

Elm və gənclik bu gün bir-birini tamamlayan anlayışlardır. Azərbaycan gəncləri həm elm adamı, həm də Vətəninə sadiq vətəndaş kimi formalaşır. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün yeni səviyyəyə qalxıb – elm, təhsil və texnologiya istiqamətində zəfərlər qazanmaqda davam edir.

Rafiq Kalbalıyev

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.