XXI əsr rəqəmsal inqilab dövrüdür və bu prosesə qoşulmayan dövlətlər geridə qalmağa məhkumdur. Prezident İlham Əliyev texnoloji tərəqqini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. O bildirib ki, texnologiyaların inkişafı artıq müstəqillik və təhlükəsizlik məsələsidir. Ümummilli Lider Heydər Əliyevin “elm inkişaf etməyən ölkə gələcəyini itirir” fikri bu gün rəqəmsal dövrdə daha da aktuallaşıb.
AMEA-nın 80 illiyində dövlət başçısı vurğuladı ki, Azərbaycan elmi müasir texnoloji trendlərə uyğunlaşmalı, innovasiyaları iqtisadi və sənaye sahələrinə tətbiq etməlidir. Bu, süni intellekt, rəqəmsal idarəetmə və informasiya təhlükəsizliyi kimi istiqamətləri əhatə edir. Artıq ölkəmizdə bir sıra universitetlərdə “Data science”, “Cyber security” və “AI engineering” ixtisasları tədris olunur.
Rəqəmsal iqtisadiyyatın inkişafı elmi tədqiqatların tətbiqi xarakterini daha da gücləndirir. Dövlət-özəl sektor əməkdaşlığı, startap ekosisteminin dəstəklənməsi və texnoparkların yaradılması elmin praktiki nəticələrə yönəlməsini təmin edir. Azərbaycan bu istiqamətdə Cənubi Qafqazın liderinə çevrilib.
Rəfail Məmmədov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın