Müasir dövrdə dövlətlərin inkişafı artıq təbii sərvətlərə deyil, elmi potensiala əsaslanır. Azərbaycan bu reallığı dərk edərək elmi nailiyyətlərin iqtisadiyyatla vəhdətini dövlət siyasətinə çevirib. Ümummilli Lider Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri bu gün Prezident İlham Əliyevin islahatlarında müasir məzmun qazanıb. Qeyri-neft sektorunun inkişafı, innovasiyaların təşviqi və yeni texnologiyaların tətbiqi elmin iqtisadi sistemdəki rolunu artırır.

AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyev qeyd etdi ki, “elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır”. Bu fikir Azərbaycanın elmi strategiyasını müəyyənləşdirir. Artıq sənaye müəssisələrində tədqiqat bölmələri, texnoparklar və startap mərkəzləri fəaliyyət göstərir. Elmi biliklər istehsal gücünə çevrilir, bu da dayanıqlı iqtisadi artıma xidmət edir.

Bu siyasətin uğuru Azərbaycanın beynəlxalq reytinqlərdəki göstəricilərində də öz əksini tapır. Xarici borcun azlığı, valyuta ehtiyatlarının çoxluğu, investisiya reytinqlərinin yüksəlməsi elmi əsaslı iqtisadi modelin nəticəsidir. Elm, təhsil və iqtisadiyyatın vəhdəti Azərbaycanı Cənubi Qafqazın ən sabit və güclü dövlətinə çevirib.

Əminə Məhərrəmova

YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.