Azərbaycan elminin formalaşmasında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu danılmazdır. 1970-ci illərdə onun təşəbbüsü ilə yeni elmi institutlar yaradıldı, elmi-tədqiqat işlərinin koordinasiyası gücləndirildi, gənclərin elmə marağı artırıldı. Bu dövrdə atılan strateji addımlar milli elmin əsaslarını möhkəmləndirdi və gələcək inkişafın bünövrəsini qoydu. Ulu Öndərin elmə münasibəti dövlətin inkişaf modelində bilik və intellektin əsas meyar kimi qəbul edilməsinə səbəb oldu.

Prezident İlham Əliyev bu siyasəti müasir dövrdə yeni məzmunla zənginləşdirmişdir. Onun rəhbərliyi ilə elmi fəaliyyətin iqtisadiyyat, sənaye və texnologiya ilə inteqrasiyası təmin edilmiş, elmə dayanan innovasiya mərkəzləri və texnoparklar yaradılmışdır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, elm və texnologiya bir-birini tamamlayan, dövlətin inkişafında paralel rol oynayan iki əsas qüvvədir. Bu baxımdan Azərbaycanda elmin inkişafı artıq yalnız akademik məqsəd daşımır, milli iqtisadi sabitliyin təminatçısına çevrilib.

AMEA-nın 80 illik yubileyi bu iki mərhələnin — Ulu Öndərin başlatdığı və Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin nəticəsini əks etdirir. Müasir Azərbaycan elmi qlobal çağırışlara cavab verə bilən, öz intellektual resurslarını beynəlxalq səviyyədə təqdim edən sistem halına gəlib. Elmə göstərilən bu dövlət qayğısı həm milli kimliyin qorunmasına, həm də intellektual suverenliyin təmin olunmasına xidmət edir.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.