Elmi düşüncə və analitik idarəetmə dövlətin sabitliyinin əsas təminatıdır. Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründən idarəetmədə elmi yanaşmanı tətbiq etmiş, qərarların əsaslandırılmış şəkildə qəbulunu vacib saymışdı. Bu ənənə bu gün Prezident İlham Əliyevin siyasətində daha da inkişaf etdirilib. Dövlət idarəçiliyində rəqəmsallaşma, iqtisadi modellərin analitik təhlili və sosial proseslərin elmi qiymətləndirilməsi bu siyasətin bariz nümunəsidir.
AMEA-nın 80 illik yubileyi zamanı Prezident İlham Əliyev qeyd etdi ki, dövlət strukturları alimlərlə sıx əməkdaşlıq etməli, elmi nəticələri praktik qərarların əsasına çevirməlidirlər. Bu çağırış artıq real nəticələr verir. “Elektron hökumət”, “ağıllı şəhər” və “yaşıl enerji” layihələri elmi yanaşmanın idarəetmədəki təzahürüdür. Bu, həm də şəffaflığın və məsuliyyətin artmasına gətirib çıxarır.
Elm və idarəetmə arasında əlaqə müasir dövlətin uğur formulu kimi qəbul olunur. Azərbaycanda bu model Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına uyğunlaşdırılmışdır. Bu, elmi düşüncə üzərində qurulan dövlətçilik mədəniyyətidir.
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın