AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbir bir daha göstərdi ki, Prezident İlham Əliyev elmi inkişafı dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib. Onun çıxışında səsləndirilən fikirlər elm, təhsil və texnologiyanın bir-biri ilə sıx inteqrasiyasına yönəlib. Prezident İlham Əliyev hesab edir ki, elmi potensial yalnız nəzəri tədqiqatlarla məhdudlaşmamalı, ölkənin iqtisadi və texnoloji suverenliyinə xidmət etməlidir. Bu yanaşma müasir dövrdə intellektual siyasətin əsasını təşkil edir.

Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində elmin idarəetmə strukturu yenilənib, elmi fəaliyyətin maliyyələşdirilməsi mexanizmləri təkmilləşdirilib. Elmi müəssisələrin modernləşdirilməsi, beynəlxalq elmi əlaqələrin genişlənməsi və gənc alimlərin dəstəklənməsi bu sahədə keyfiyyət dəyişikliyi yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan elmi artıq regionda innovasiya və intellektual istehsal mərkəzinə çevrilməkdədir.

Prezident İlham Əliyevin baxışına görə, ölkənin gələcəyi bilik, yaradıcılıq və texnoloji güc üzərində qurulmalıdır. Elm və təhsil sahəsindəki uğurlar Azərbaycanın qlobal miqyasda rəqabət qabiliyyətini artırır, intellektual kapitalını gücləndirir. Bu siyasət həm iqtisadi sabitliyə, həm də milli təhlükəsizliyə xidmət edir və Azərbaycanın müasir dövrdə intellektual dövlət modelinə keçidini təmin edir.

Rəsmiyyə Məmmədova

YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.