Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan son onillikdə tarixi dönüş mərhələsini yaşadı. Onun milli maraqlara əsaslanan qərarları, qətiyyətli liderliyi və xalqla birliyə söykənən idarəçilik modeli 2020-ci ilin payızında Azərbaycan tarixinin istiqamətini dəyişdi. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə illərlə formalaşan planlı siyasətin bəhrəsi idi. Prezident İlham Əliyevin diplomatik çevikliyi, siyasi iradəsi və ordunun qüdrəti sayəsində xalqımız işğal altındakı torpaqlarını azad etdi. 8 noyabr – Zəfər Günü artıq dövlət müstəqilliyimizin, milli qürurumuzun və tarixi ədalətin bərpasının simvoluna çevrilib.

Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsinin təməlində Ümummilli Lider Heydər Əliyevin yaratdığı ideoloji məktəb dayanır. Ulu Öndərin milli ideyaya əsaslanan dövlətçilik modeli bu gün müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyev Ümummilli Liderin müəyyən etdiyi prinsipləri – milli maraqlara sadiqlik, suverenliyin qorunması və güclü dövlət quruculuğu istiqamətində ardıcıl surətdə həyata keçirir. Bu ardıcıllıq nəticəsində Azərbaycan regional və beynəlxalq miqyasda söz sahibinə çevrilib.

44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin parlaq təzahürü oldu. O, siyasi və diplomatik müstəvidə qətiyyətli çıxışları ilə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. “Qarabağ Azərbaycandır!” bəyanatı təkcə bir siyasi mesaj deyil, həm də xalqın milli birliyinin və əzminin rəmzinə çevrildi. Müharibə dövründə bütün siyasi qüvvələr, ictimai təşkilatlar, gənclər və ziyalılar dövlətin ətrafında sıx birləşərək misilsiz həmrəylik nümayiş etdirdilər.

Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu. Azad olunmuş torpaqlarda genişmiqyaslı layihələr, müasir infrastruktur və yaşayış məntəqələrinin salınması bu liderliyin davamlı nəticəsidir. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, yolların, məktəblərin və sosial obyektlərin inşası Azərbaycanın yeni inkişaf modelini formalaşdırır.

Bu gün Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirən, regionda sabitlik və tərəqqi mühitini təmin edən lider kimi tanınır. Türk Dövlətləri Təşkilatı çərçivəsində güclənən əməkdaşlıq, enerji və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi bu siyasətin real göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi istiqamətdə – güclü, müstəqil və qüdrətli dövlət kimi öz yolunu davam etdirir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.