Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə öz tarixi taleyini dəyişən bir mərhələ yaşadı. Onun uzaqgörən siyasəti, dövlətçilik prinsiplərinə sədaqəti və xalqa inamı nəticəsində Vətən müharibəsində tarixi Qələbə qazanıldı. 44 gün davam edən bu mübarizə illərlə davam edən ardıcıl siyasi strategiyanın, ordu quruculuğunun və beynəlxalq diplomatiyada qazanılmış üstünlüyün təntənəsi idi. Prezident İlham Əliyev cəbhə ilə diplomatiya, xalqla dövlət arasında vəhdət yaradaraq müasir Azərbaycan tarixinin qızıl səhifəsini yazdı. 8 noyabr – Zəfər Günü artıq xalqın birliyinin və ədalətin bərpasının əbədi simvoluna çevrildi.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik təməli bu Qələbənin ideoloji dayağını təşkil etdi. Prezident İlham Əliyev atasının müəyyən etdiyi “Güclü dövlət – güclü xalq” prinsipini müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Heydər Əliyev məktəbinə sadiqlik, eyni zamanda yeniləşən idarəetmə modeli Azərbaycanın beynəlxalq arenada nüfuzunu möhkəmləndirdi. Dövlətin hər bir qərarı milli maraqların qorunmasına yönəldi, xalqla dövlət arasında etimad və həmrəylik bərqərar oldu.

Zəfərdən sonra Prezident İlham Əliyevin diqqəti bərpa və quruculuq prosesinə yönəldi. Azad edilmiş torpaqlarda həyata keçirilən infrastruktur layihələri, “Böyük Qayıdış” proqramı, sosial təminat və mədəni irsin bərpası ölkənin gələcəyinə inam yaradır. Hər yeni tikilən məktəb, hər inşa edilən yol müstəqilliyin möhkəmlənməsinin göstəricisidir. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” bəyanatı bu gün artıq reallığa çevrilib və Azərbaycanın müasir tarixində əbədi mühür kimi qalacaq.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.