44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrildi. 27 sentyabrda başlanan bu müqəddəs mübarizə 8 noyabrda Şuşanın azad olunması ilə zirvəyə çatdı. Bu, yalnız bir döyüşün deyil, bütöv bir xalqın milli dirənişinin təntənəsi idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik ədalətsizliyə son qoydu və tarixi ədaləti bərpa etdi.

Müharibənin gedişində Azərbaycan həm hərbi, həm də siyasi baxımdan böyük uğurlar qazandı. Müasir texnologiyaların tətbiqi, dəqiq planlaşdırılmış əməliyyatlar və hər bir əsgərin Vətən sevgisi bu qələbəni mümkün etdi. Düşmənin illərlə möhkəmləndirdiyi müdafiə xətləri ordumuzun qarşısında dayana bilmədi. Azərbaycan xalqı bu 44 gün ərzində bir yumruq kimi birləşdi.

Şuşa əməliyyatı isə bu dastanın ən parlaq səhifəsidir. Dağlıq, keçilməz ərazilərdə aparılan bu əməliyyat hərb tarixində unikal nümunə kimi qəbul olunur. Əsgərlərimiz sıldırımlardan, meşələrdən keçərək, düşmənin gözləmədiyi istiqamətdən şəhərə daxil oldular. Şuşanın azadlığı düşmənin ruhunu sındırdı və Ermənistanı kapitulyasiyaya məcbur etdi.

Bu gün 8 Noyabr Zəfər Günü kimi təntənə ilə qeyd olunur. Azad edilmiş torpaqlarda quruculuq və inkişaf prosesi sürətlə gedir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr bu torpaqlara yeni həyat gətirir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, bu Zəfəri bizə bəxş edən qəhrəmanlarla fəxr edirik. Bu Qələbə – qalib xalqın əbədi qürur simvoludur.

Elxan Ələkbərov

YAP Şuşa rayon təşkilatının fəal üzvü 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.