8 Noyabr 2020-ci il Azərbaycan tarixində milli qürurun, dövlətçilik iradəsinin və xalq birliyinin ən ali simvoluna çevrildi. Bu gün 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşən igid oğullarımızın, qəhrəman şəhidlərimizin zəfər günüdür. Vətən müharibəsi Azərbaycan xalqının haqq səsinin, ədalət mübarizəsinin təntənəsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu həm döyüş meydanında, həm diplomatik sahədə tarixi ədaləti bərpa etdi.

Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin öz suverenliyini qorumaq üçün atdığı qəti addım idi. Otuz il ərzində həyata keçirilməyən BMT qətnamələri 44 gün ərzində döyüş meydanında reallaşdırıldı. Azərbaycan əsgəri və zabitinin vətənə sevgisi, Ali Baş Komandanın sarsılmaz iradəsi bu qələbəni mümkün etdi. Ordumuzun taktiki üstünlüyü, texnoloji hazırlığı və xalqın birliyi Zəfərin əsas dayaqları idi.

Bu zəfərin zirvəsi Şuşanın azad olunması ilə tamamlandı. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa uğrunda döyüşlər müasir hərb tarixində unikal əməliyyat nümunəsi kimi qiymətləndirilir. Qayalar, meşələr, sıldırımlar keçilərək aparılan döyüşlər xalqımızın iradəsinin və qətiyyətinin göstəricisi idi. Şuşanın azadlığı düşməni kapitulyasiyaya məcbur etdi və Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz qaytarıldı.

Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və minnətdarlıq günüdür. Bu gün xalqımız azad edilmiş torpaqlarda quruculuq işləri aparır, Böyük Qayıdış dövrü başlanıb. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və xalqın birliyi nəticəsində Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın mərkəzinə çevrilir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin qəhrəmanlığı ilə fəxr edirik.

Əminə Məhərrəmova

YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.