Azərbaycan tarixində 8 Noyabr günü xalqımızın ən böyük qələbəsinin simvoluna çevrilib. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğal altındakı torpaqlarını azad etdi və 30 illik ədalətsizliyə son qoydu. Bu zəfər təkcə hərbi əməliyyatların nəticəsi deyildi – xalqın birliyi, Ordunun igidliyi və rəhbərliyin qətiyyəti sayəsində qazanılmış milli dirçəliş idi. Qələbə həm də Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizə ruhunun təntənəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu müharibəyə siyasi, diplomatik və hərbi cəhətdən tam hazır şəkildə daxil oldu. O, həm cəbhə bölgəsində, həm də beynəlxalq arenada ölkənin maraqlarını qətiyyətlə müdafiə etdi. Dövlət başçısının “Biz bu torpaqlara sahibik və burada əbədi yaşayacağıq!” sözləri xalqın inamını və birliyini daha da möhkəmləndirdi. Qalib Ordumuzun zəfərləri, xalqın ordusuna və rəhbərinə olan sonsuz etimadı bu tarixi qələbənin əsasını təşkil etdi.
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın