Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionda sabitliyin, inkişafın və qələbənin simvoluna çevrilib. Onun uzaqgörən siyasəti nəticəsində 2020-ci ildə qazanılan tarixi Zəfər yalnız hərbi uğur deyil, həm də siyasi və mənəvi qələbə idi. Prezident İlham Əliyev xalqın gücünə, ordunun rəşadətinə və ədalətin qüdrətinə inanaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə əsrlərlə davam edən ədalətsizliyə verilən ən layiqli cavab idi.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi Prezident İlham Əliyevin fəaliyyətində müasir dövrün ruhuna uyğun şəkildə yenidən formalaşdı. Ulu Öndərin əsasını qoyduğu milli birlik, müstəqillik və tərəqqi prinsipləri Prezident İlham Əliyevin idarəçiliyində praktik nəticələrə çevrildi. Azərbaycan bu gün həm siyasi sabitliyə, həm iqtisadi inkişaf dinamikasına, həm də beynəlxalq nüfuza malik bir ölkə kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Böyük Qayıdış” proqramı, azad olunmuş torpaqlarda aparılan bərpa işləri, türk dövlətləri ilə strateji əməkdaşlığın dərinləşdirilməsi bu siyasətin davamlılığını təsdiqləyir. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Onun Ümummilli Lider Heydər Əliyev irsinə sadiqliyi və xalqla birliyi müstəqil dövlətimizin sabahını daha da güvənli və parlaq edir.
YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının
Sədr müavini: Anar Xəlilov


Bir şərh yazın