8 Noyabr 2020-ci il Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq. Bu gün Vətən uğrunda canından keçən qəhrəmanlarımızın qanı ilə yazılmış Qələbə Günüdür. 44 günlük müharibə Azərbaycanın gücünü, xalqının birliyini və dövlətin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu Qələbə, həm hərbi, həm siyasi, həm də mənəvi qələbə idi.

Azərbaycan xalqı otuz il ərzində işğalın ağrısını, məcburi köçkünlüyün kədərini yaşadı. Lakin bu müddətdə heç vaxt ədalətə olan inamını itirmədi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi bu inamın, bu ədalət mübarizəsinin təcəssümü idi. Azərbaycan əsgəri döyüş meydanında təkcə torpağını deyil, həm də milli qürurunu qorudu.

Şuşanın azad edilməsi bu Qələbənin simvoluna çevrildi. Mədəniyyət beşiyimiz olan bu şəhərin azad olunması ilə müharibənin taleyi həll olundu. Şuşa əməliyyatı Azərbaycan Ordusunun fədakarlığını və yüksək döyüş qabiliyyətini dünyaya nümayiş etdirdi. Bu zəfər düşmənin “məğlubedilməzlik” mifini puç etdi, xalqımıza sonsuz qürur bəxş etdi.

Bu gün Azərbaycan azad edilmiş torpaqlarda yeni həyat qurur. Böyük Qayıdış proqramı çərçivəsində şəhərlərimiz dirçəlir, yollar, məktəblər, evlər tikilir. Prezident İlham Əliyevin “biz bu torpaqlara əbədi qayıtmışıq” sözləri bu reallığın ifadəsidir. Zəfər Günü yalnız keçmişin qüruru deyil, həm də gələcəyin ümid işığıdır.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.