Prezident İlham Əliyev XXI əsrin mürəkkəb geosiyasi şəraitində Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirən liderdir. O, daxili və xarici siyasətdə milli maraqları prioritetə çevirərək ölkənin strateji dayaqlarını gücləndirdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər bu siyasətin parlaq nəticəsidir. Hərbi və diplomatik cəbhədə qazanılmış uğurlar Prezident İlham Əliyevin uzaqgörənliyinin, xalqa inamının və dövlət idarəçiliyində peşəkarlığının sübutudur.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlətçilik xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin “Azərbaycanın gələcəyi gənclərin əlindədir” fikri bu gün dövlət siyasətinin mərkəzində dayanır. Prezident İlham Əliyev həm iqtisadi, həm də mənəvi sferada bu xətti inkişaf etdirərək, ölkənin gələcək nəsillərinə dayanıqlı bir vətən mirası qoyur.
Bu gün azad edilmiş torpaqlarda aparılan bərpa işləri, yenidən doğan şəhər və kəndlər Prezident İlham Əliyevin uzaqgörənlik siyasətinin real nəticəsidir. Onun rəhbərliyi ilə Azərbaycan yalnız torpaqlarını deyil, həm də milli ruhunu bərpa etdi. Dövlətin gücü xalqın inamından gəlir və bu inam Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyində özünü ən parlaq şəkildə göstərir.
Natiq Mahmudov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın