Azərbaycanın müasir tarixində Qubadlı əməliyyatı 44 günlük Vətən müharibəsinin həlledici mərhələlərindən biri kimi xatırlanır. 25 oktyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına qürur və iftixar günü kimi həkk olundu. Cəbrayıl və Zəngilan istiqamətlərində qazanılmış qələbələrdən sonra ordumuz dağlıq Qubadlıya doğru irəlilədi. Qısa müddətdə düşmənin güclü istehkamları yarıldı, strateji yüksəkliklər ələ keçirildi. Zilanlı, Muğanlı, Kürd Mahruzlu, Alaqurşaq və digər kəndlərin azad olunması, ardınca Qubadlının azadlığı müharibənin gedişatında dönüş yaratdı. Prezident İlham Əliyevin xalqa verdiyi bu müjdə təkcə hərbi deyil, mənəvi qələbənin də simvoluna çevrildi.

Qubadlının işğaldan azad olunması ilə Azərbaycan Ordusu Şərqi Zəngəzurun qərb sərhədində üstünlük qazandı. Bu qələbə Laçın və Şuşa istiqamətində aparılacaq əməliyyatların əsasını qoydu. Qubadlıdan sonra ordumuz Laçının cənub hissəsində yerləşən Güləbird, Səfiyan və Türklər kəndlərini nəzarətə götürdü, beləliklə Şuşa uğrunda döyüşlər üçün möhkəm dayaq nöqtəsi formalaşdı. Prezident İlham Əliyev bu əməliyyatı “tarixi hadisə” adlandıraraq qeyd etmişdi ki, Qubadlının azadlığı Şuşanın xilası üçün həlledici mərhələ idi.

Bu gün Qubadlıda həyat yenidən canlanır. İşğal dövründə yerlə-yeksan edilən şəhərdə bərpa və quruculuq prosesi sürətlə gedir. 2040-cı ilədək inkişaf Baş planına əsasən, Qubadlı “yaşıl şəhər” modeli ilə tikilir, ekoloji balans və suya həssas yanaşma əsas prioritetlərdəndir. Qubadlının azadlığı Zəfərin başlanğıcı idisə, bugünkü bərpa işləri bu Zəfərin əbədi qalacağının sübutudur.

Anar Cəbizadə

YAP Şuşa rayon təşəkilatının 37 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.