Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatında Qubadlı şəhər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə partiya üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər qeyd ediblər ki, 2020-ci il oktyabrın 25-də Qubadlının işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində mümkün olub. Qubadlının azadlığı Vətən müharibəsinin gedişində strateji əhəmiyyət daşıyıb və xalqımızın birliyinin, dövlətimizin gücünün bariz nümunəsinə çevrilib.

Tədbirdə həmçinin Qubadlı rayonunda aparılan bərpa-quruculuq işlərindən, şəhərin müasir inkişaf perspektivlərindən, doğma yurd yerlərinə böyük qayıdışdan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı Qubadlının da sürətli inkişafını təmin edəcək.

Vətən uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, Qubadlının azadlığı münasibətilə qürur və fərəh hissi ifadə olunub.


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.