Qubadlının 1993-cü ildə Ermənistan tərəfindən işğalı Azərbaycan xalqının yaddaşında dərin iz qoymuş faciəvi hadisə idi. Bu işğal nəticəsində rayonun bütün iqtisadi və sosial infrastrukturu dağıdılmış, minlərlə ailə öz doğma ocaqlarından köçkün düşməyə məcbur edilmişdi. Tarixi abidələr, məscidlər, mədəniyyət mərkəzləri və kənd təsərrüfatı obyektləri məqsədli şəkildə məhv edilərək Qubadlının mənəvi və maddi irsinə ağır zərbə vurulmuşdu. İşğal illərində həyata keçirilən qanunsuz məskunlaşdırma isə beynəlxalq hüququn açıq şəkildə pozulması demək idi.

2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun şücaəti sayəsində Qubadlı 25 oktyabr 2020-ci ildə işğaldan azad edildi. Qubadlının azadlığı uğrunda şiddətli döyüşlər aparıldı, strateji yüksəkliklərin ələ keçirilməsi isə müharibənin gedişinə mühüm təsir göstərdi. Bu qələbə Qarabağda növbəti əməliyyatların uğurla davam etdirilməsinə şərait yaratdı.

Azadlıqdan sonra Qubadlının yenidən qurulması dövlətin prioritet inkişaf istiqamətlərindən birinə çevrildi. 2020-ci ildən başlayaraq bölgədə irimiqyaslı bərpa və tikinti işləri həyata keçirilir. Yeni yolların çəkilməsi, enerji şəbəkələrinin bərpası, yaşayış massivlərinin salınması və sosial obyektlərin tikilməsi Qubadlının yeni dövrün modern yaşayış məkanına çevriləcəyindən xəbər verir. Rayon bu gün dirçəliş və inkişaf mərhələsini yaşayır.

Elxan Ələkbərov

YAP Şuşa rayon təşkilatının fəalı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.