Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsində tarixi Qələbə ilə nəticələndi. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqımızın milli qürurunu, gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi. İşğal altında olan rayonlarımızdan biri olan Qubadlı da həmin şanlı günlərin nəticəsi olaraq yağı düşməndən azad edildi. Bu uğur, təkcə hərbi gücün deyil, dövlət iradəsinin, xalqın dəstəyinin və birlik ruhunun təntənəsi idi.

İllərlə doğma yurdlarından uzaqda məskunlaşmağa məcbur qalan qubadlılılar üçün bu qələbə yeni həyatın başlanğıcı oldu. İşğal illərində rayonun yeraltı və yerüstü sərvətləri talan edilmiş, yaşayış məntəqələri dağıdılmış, kənd təsərrüfatı infrastrukturu sıradan çıxarılmışdı. Lakin xalqın iradəsi sarsılmadı. Ali Baş Komandanın güclü siyasi iradəsi, ordumuzun məğrurluğu və şəhidlərimizin canı bahasına Qubadlıya həyat qayıtdı.

2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması Vətən müharibəsinin həlledici mərhələlərindən biri oldu. Bu əməliyyat həm strateji baxımdan, həm də mənəvi anlamda böyük əhəmiyyət daşıyırdı. Qubadlı uğrunda döyüşlər çətin relyef və əlverişsiz təbii şəraitə baxmayaraq peşəkar şəkildə aparıldı və Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Qubadlıya üçrəngli Azərbaycan bayrağının sancılması sözün əsl mənasında tarixi ədalətin bərpası idi.

Bu gün Qubadlıda böyük tikinti və bərpa işləri həyata keçirilir. Azad edilmiş kəndlərdə yeni evlər, sosial obyektlər, yollar, su və enerji infrastrukturunun qurulması Böyük Qayıdışın real təcəssümüdür. Mahruzlu və Zilanlı kəndlərində genişmiqyaslı inşaat işləri minlərlə ailənin doğma yurduna qayıdışını təmin edəcək. Qubadlı yenidən dirçəlir və yaxın gələcəkdə müasir standartlara uyğun, yaşayışı və iqtisadi potensialı güclü olan bir rayona çevriləcəkdir.

Rəsmiyyə Məmmədova

YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.