İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının uzun illər boyu gözlədiyi tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun rəşadəti nəticəsində işğal altında olan rayonlarımız bir-bir azad olundu. Bu Zəfərin ən mühüm mərhələlərindən biri də Qubadlı şəhərinin 25 oktyabr 2020-ci ildə azad edilməsi oldu. Qubadlının işğaldan azad olunması həm strateji mövqeyinə, həm də psixoloji təsirinə görə böyük önəm daşıyırdı.

Qubadlı rayonunun təbii-coğrafi mövqeyi onun iqtisadi və təhlükəsizlik baxımından əhəmiyyətini artırır. Qarabağ yaylasının cənub-şərqində, mühüm nəqliyyat və hərbi yollar üzərində yerləşən Qubadlı həm də kənd təsərrüfatına əlverişli torpaqlara malikdir. İşğala qədər əhalisi əsasən əkinçilik, heyvandarlıq və tütünçülüklə məşğul olurdu. Rayonun Həkəri və Bərgüşad çayları suvarma sistemini və ekoloji tarazlığı təmin edən əsas təbii resurslar idi.

Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Qubadlının işğal olunması bölgənin iqtisadi və mədəni həyatına ağır zərbə vurdu. 94 kənd dağıdıldı, minlərlə ev yandırıldı, tarixi-dini abidələr məhv edildi. Əhali məcburi köçkünə çevrildi və illərlə doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədi. Qubadlının azad olunması həmin gözləntilərə cavab verdi və xalqın mənəvi yaralarını sağaldan tarixi an oldu.

Bu gün Qubadlıda dövlət səviyyəsində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni avtomobil yolları, enerji xəttləri və ictimai binalar inşa edilir. Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları bölgənin nəqliyyat əhəmiyyətini daha da gücləndirəcək. Mahruzlu və Zilanlı kəndlərində inşa edilən yeni yaşayış massivləri isə geri dönüşün real şəkildə başladığını göstərir. Qubadlı dirçəlişin, həyatın və ümidin rəmzinə çevrilir.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.